Futbol üzrə Gürcüstan Yüksək Liqasında həmyerlimiz Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Merani” ilə qarşılaşıb və 2:1 hesablı qələbəsi ilə sona çatıb.

Offsideplus.az xəbər verir ki, Nicat Qurbanov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. O, qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.