İngiltərə Federasiya Kubokunun (FA Cup) yarımfinalında "Mançester Yunayted"lə qarşılaşacaq "Çelsi"nin heyətində ciddi itki var.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" bu görüşdə Nqolo Kantenin xidmətindən məhrum olacaq.

Bu barədə yerli mətbuata açıqlamasında London təmsilçisinin baş məşqçisi Frenk Lempard məlumat verib.

Qeyd edək ki, oyun iyulun 19-da baş tutacaq.