Estoniya çemponatında 11-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Paide” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

9-cu turda aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşən Novruzov bu oyunun iştirakçısı olmayıb.