Estoniya kubokunda yarımfinal mərhələsinin görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. 4:1 hesabıyla qalib gələn “Narva Trans” finala yüksəlib.

Novruzov bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.