Ukraynanın I liqa təmsilçisi "Rux" klubunda 3 oyunçu və 1 klub işçisi koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir.

Daha bir neçə futbolçunun vəziyyətinin şübhəli olduğu bildirilir. Komanda hazırda karantinə alınıb. Onların yaxın gündə yenidən testdən keçəcəkləri vurğulanıb.

Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.