"Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldonun bacısı Elma Aveyro qardaşının müdafiəsinə qalxıb.
Offsideplus.az xəbər verir ki, o, "Yuventus"un İtaliya Kubokunun finalında "Napoli"yə penaltilər seriyasında (4:2) uduzmasından sonra "qoca sinyora"nın baş məşqçisi Maurizio Sarrinin səsləndirdiyi fikirlərə qarşı çıxıb.
Belə ki, Sarri bu məğlubiyyətə görə, Ronaldonu da günahlandırmışdı.Təcrübəli mütəxəssis artıq portuqaliyalı ulduzun əvvəlki formasında olmadığını bildirmişdi.
Futbolçunun bacısı isə bu barədə paylaşım edib və vurğulayıb ki, Ronaldo bundan artıq nə edə bilərdi?
"Daha nə edə bilərsən? Bu belədir və mənim əzizim təkbaşına nə edə bilərdi ki? Başını dik tut mənim kralım"
Qeyd edək ki, penaltilər seriyasında Ronaldo iştirak etməyib. "Yuventus"un heyətində Dibala və Danilo isə 11 metrlik zərbələr seriyasında hədəfdən yayınıb.