Lui van Qaal növbəti dəfə sabiq komandası "Manchester United" və İngiltərə Premyer Liqası barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Joze Mourinyonun "Manchester United"də işləməyə razılıq verməsi məni təəccübləndirmədi. Hər kəs bu klubda məşqçilik etmək istərdi. "United" dünyanın ən böyük klublarından biridir. Fikrimcə, "Chelsea"də yaxşı işlər görə bilərdi. Onun komandası 13, mənimki isə 4-cü yerdə idi. Mourinyonu ittiham etmirəm. Mənə düzgün gəlməyən Vudvordun sözləri idi. "Medianın yazdıqlarına fikir vermə. Sənin işindən tam razıyıq" - deyirdi. Sonra İngiltərə Kubokunu qazandım və istefaya göndərildim.

Şəxsən mənə görə, hazırda Premyer Liqanın ən yaxşı məşqçisi Pep Qvardioladır. O, "Manchester City"ni maşına çevirib. Onların göstərdiyi futbolu vaxtilə mən "Manchester United"ə aşılamaq istəyirdim. Amma Qvardiolanın əlində daha yaxşı futbolçular var. "United"də bu proses daha çox vaxt tələb edirdi. Təəssüf ki, bu vaxtı mənə vermədilər".