Avstriyada da milli çempionat bərpa edilir.
Offsideplus.az xəbər verir ki, Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.
Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.