“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə oluna bilər:

"Növbəti həftədə koronavirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zallarının və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq”.