Futbol üzrə Cəbəllütariq çempionatında 2019-2020-ci il mövsümü ləğv olunub.
Offsideplus.az xəbər verir ki, məlumatı Cəbəllütariq Futbol Assosiasiyasının (GFA) rəsmi saytı yayıb. Qərar yerli hökumətin GFA-ya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirdikdən sonra qəbul edilib.
Qeyd edək ki, turnir cədvəlində 17 oyundan sonra 49 xalla 1-ci pillədə qərarlaşan "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək.