Xorvatiyanın “Dinamo” (Zaqreb)  klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu İqor Yoviçeviçdir.

Yoviçeviç bu postda koronavirus pandemiyası zamanı maaşların azaldılmasına razı olmadığı üçün istefaya göndərilən Nenad Belitsanı əvəzləyib. 

Qeyd edək ki, Xorvatiya çempionatı koronavirusa görə dayandırılıb. “Dinamo” 26 turdan sonra ən yaxın izləyicisi “Riyeka”nı 18 xal qabaqlayaraq 65 xalla birinci pillədə qərarlaşıb.