"Edmonton"un xokkeyçisi Kolbi Keyv vəfat edib.
Offsideplus.az xəbər verir ki, Kanada təmsilçisinin idmançısının ölümünə intraserebral qanaxma (beyin qanaxması) səbəb olub.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 26 yaşlı xokkeyçinin beynində problem aprelin 6-dan başlayıb.
Torontodakı xəstəxanaların birinə yerləşdirilən Kolbinin həyatını həkimlərin səylərinin baxmayaraq, xilas etmək mümkün olmayıb.