Koronavirus pandemiyası Beynəlxalq Çempionlar Kubokunun təxirə salınmasına səbəb olub.

Offsideplus.az xəbər verir ki, məlumatı turnirin rəsmi “Twitter”dəki səhifəsi yayıb.

Avropada futbol yarışlarının bərpasının qeyri-müəyyənliyi, futbolçuların və klubların heyətlərinin sağlamlığının əsas pioritet məsələ olması yarışın təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq matçları xarakterli turnirdir.