Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 18-ci tur keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Baniyas” da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Xorfakkan”la qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 Start heyətdə meydana çıxan Almeyda sonadək oynayıb.

Qeyd edək ki, “Baniyas”  20 xalla turnir cədvəlində 9-cu yerdədir.