Bir neçə gün əvvəl helikopter qəzasında faciəvi şəkildə həlak olan NBA-nın əfsanəvi basketbolçu Kobi Brayant və 13 yaşlı qızı Ciannanın ölümünə bütün dünya kədərlənsə də, sosial mediada bəziləri "#RİP" imzaları olan cənazə şamları yerinə 2003-cü ildə Kobe'nin təcavüzdə ittiham edildiyini ifadə edən məqalələri paylaşıblar.

Offsideplus.az xəbər verir ki, mərhum basketbolçunun həyatındakı bir neçə qalmaqallı hekayədən biri “Washington Post” qəzetinin jurnalisti Felisia Sonmez tərəfindən paylaşılıb.

Media nümayəndəsi dünya miqyasında kədərin səngiməyini gözləmədən Kobinin illər əvvəl olan çirkin əməlini ortalığa çıxarıb.

Felisia Brayantın ölüm xəbərindən bir neçə saat sonra, 2016-cı ildə edilmiş araşdırmanı şəxsi “Twitter” hesabında paylaşaraq, gündəmə ilgic iddia ilə düşüb.

Jurnalistin işlədiyi informasiya agentliyinin rəhbərliyi paylaşılan məlumatı ədəbsiz sayaraq Sonmezi bir müddətlik işdən uzaqlaşdırılıb.

17 il öncə baş vermiş zorlama hadisəsinə inananlar isə onu öz hesablarında yayımlayaraq jurnalistə haqq qazandırıblar.

fot