"Astana" klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmağı planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi komandanın avrokuboklardakı çıxışından narazıdır.

Bu səbəbdən komandası bu mövsüm ölkə çempionu olsa da, ukraynalı mütəxəssisin dekabrın 31-də başa çatacaq müqaviləsinin yenilənməyəcəyi bildirilir.

İddiaya görə paytaxt təmsilçisi Qriqorçuku əvəzləmək üçün "ÇFR Kluj"un baş məşqçisi Dan Petreskuya rəsmi təklif göndərib. Ancaq rumıniyalı mütəxəssis bu təklifə rədd cavabı verib.