Məşhur fransız futbolçu Samir Nəsri futboldan bir illik uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, Nəsrini UEFA, dopinq qəbul etdiyi üçün cəzalandırıb. Bu barədə məlumatı “Marca” yayıb.
Nəsri barədə dopinq işi seks-qalmaqaldan sonra açılmışdı. 2016-cı ilin dekabrında hakerlər fransızın “tvitter” hesabını yararaq, onun Los-Ancelesdəki klinikalardan birinin həkimi ilə münasibətlərini yaymışdılar.
Bundan sonra Nəsrinin məsələsi ilə VADA maraqlanmağa başladı. Məlum oldu ki, futbolçu vitamin terapiyası ilə məşğul olub.
Samirin son klubu “Antalyaspor” olub. O, Türkiyə komandasından yanvarın 31-də ayrılmışdı və azad agent idi. Onunla “Las-Palmas” maraqlanırdı.