Azərbaycanlı K-1 ustası Zabit Səmədov “İnstagram” hesabında Çeçenistan prezidenti Ramzan Kadırovla maraqlı görüntülərini paylaşıb.

Offsideplus.az xəbər verir ki, videoda hazırda 2-ci Avropa oyunlarında fəxri qonaq olan Səmədovun Kadırovla məşq xarakterli döyüş keçirdiyi görünür. 

İdmançımız görüş haqqında fikirlərini bölüşüb: “Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə “Axmat” klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam”.