İraq Premyer Liqasında mübarizə aparan "Naft Maysan" klubunun formasını geyinən Alaa Əhmədin ailəsində faciə baş verib.
Offsideplus.az xəbər verir ki, qolkiperin azyaşlı oğlu dünyasını dəyişib. "Çərçivə qoruyucusu"nun oğlu İraq Premyer Liqası çərçivəsində baş tutan "Naft Maysan" - "Al-Şort" matçından bir gün öncə dünyasını dəyişib. Lakin Alaa Əhməd bu barədə klub rəhbərliyinə və komanda yoldaşlarına məlumat verməyib.
Həmin matçda meydanda çıxmağa qərar verən Əhməd, oyunun ən yaxşılarından bir olmağı bacarıb. Qolkiper bir neçə epizodda komandasını real qoldan xilas edib, mövsüm ərzində ən yaxşı oyunlarından birini keçirib.
Lakin o, oyun başa çatdıqdan sona göz yaşlarına hakim ola bilməyib. Hakimin final fitindən sonra hönkür-hönkür ağlamağa başlayan qapıçı komanda yoldaşlarının köməkliyi ilə meydanı tərk edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Matçda hesabı meydan sahibləri açsalar da, qonaqlar sonradan bərabərlik qolunu vurmağa nail olublar.