Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Seltik" sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

Qlazqo təmsilçisi 36-cı turda səfərdə "Aberdin"i 3 cavabsız qolla məğlub etməklə buna nail olub. Hazırda 84 xalı olan "Seltik" ən yaxın izləyicisi "Reyncers"i 12 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Seltik"in 50-ci çempionluğudur.