Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Ayn” klubunun yarımmüdafiəçisi Keyo və “Əl-Vəhdi”nin hücumçusu Murad Batnu saç düzümünə görə cərimə olunublar.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu 1000 dirhəm (təqribən 220 avro) ödəməli olacaq.

Bundan əlavə, oyunçular saç düzümlərini dəyişməyəcəkləri təqdirdə növbəti cəzaya məruz qalacaqlar.

Qeyd edək ki, BƏƏ çempionatında saç düzümləri ilə bağlı qadağalar mövcuddur.

Mənbə: Qol.az