21 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində təlim-məşq toplanışını başa vuran "Bohemians" klubunun U-21 komandasının yarımmüdafiçisi Arzuman Rizvanov yenidən Çexiya təmsilçisinin düşərgəsinə qayıdıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına danışan gənc futbolçu hazırlıq prosesininin onun üçün faydalı olduğunu bildirib:
"Təlim-məşq toplanışına dəvət olunmağım məni sevindirdi. Köhnə dostlarım, eyni zamanda, yığmanın yeni baş məşqçisi Milan Obradoviçlə görüşdüm. Hər şey mənim üçün maraqlı və faydalı oldu".
Qeyd edək ki, A.Rizvanov fevralda Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians"lə bu ilin sonuna kimi müqavilə imzalayıb.(qol.az)