"Xüsusilə yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal olunub, amma bu müvəqqətidir". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Rusiyanın "Matç TV" telekanalaına müsahibəsində deyib.

Təcrübəli müdafiəçi beynəlxalq oyunlarını Ermənistan tərəfindən işğal olunan Ağdamda keçirməyi arzuladıqlarını bildirib: "Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Qurban Qurbanov imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı formanın şərəfini qoruduğumuzu yadımıza salır".(qol.az)