“Viktoria Plzen” klubunun müdafiəçisi Yan Baranek karyerasını başa vurub.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu dizindəki problemə görə butslarını mismardan erkən asmalı olub:

“Dizimdəki zədə o qədər ciddidir ki, karyeramı davam etdirməyə imkan vermir. Bir neçə əməliyyatdan sonra ürəkdən inanırdım ki, meydana qayıda biləcəm. Amma dizim buna qarşı çıxdı. Həkimlərlə məsləhətləşdim və anladım ki, yeganə düzgün qərar peşəkar karyeramı nöqtələməkdir”, - deyə bildirib.

Qeyd edək ki, “Banik” klubunun yetirməsi olan 24 yaşlı müdafiəçi sonuncu dəfə 2016-cı ilin oktyabrında meydana çıxmışdı. Çexiyalı futbolçu həmin vaxtdan bəri bir neçə əməliyyat keçirib.