Almaniya yığmasının və "Real Madrid"in sabiq üzvü Toni Kroos uşaqların niyə futboldan sıxıldıqları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu balacaların 0:0 hesabı ilə başa çatan oyunları izləmək istəmədiklərini bildirib:
"Uşaqlar mənə deyirlər ki, 90 dəqiqə futbol izləmək və sonra matçın 0-0 bitdiyini görmək həqiqətən darıxdırıcıdır.
Onlar belə oyunları izləmək istəmirlər".



