İyunun 1-də baş tutacaq minifutbol üzrə 5-ci dünya çempionatının final və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, qarşılaşmalar üçün biletlər bu gün İticket.az saytında satışa çıxarılıb. Qiyməti 10-20 manat arasında dəyişən biletlərin əksəriyyəti bir neçə saata satılıb.

Qeyd edək ki, sabah saat 18:00-da 3-cü yer uğrunda Monteneqro - Serbiya, saat 20:00-da isə Azərbaycan - Macarıstan finalı baş tutacaq. Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.