Bu gün miniutbol üzrə dünya çempionatında yarımfinal görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan yığması Monteneqronu məğlub edib və milli komandamız tarixində ilk dəfə dünya çempionatının finalına çıxıb. İyunun 1-də keçiriləcək həlledici matçda isə yığmamız Macarıstan ilə üz-üzə gələcək.

Xatırladaq ki, milli komandamız 2 il öncə çıxış etdiyi dünya çempionatında 4-cü yerlə kifayətlənmişdi.

Dünya çempionatı, yarımfinal

20:00 Azərbaycan - Monteneqro 2:1

Ağaseyid Qasımov, 24; Ramiz Çovdarov, 44

Qapıçımızın qüvvətli zərbəsi rəqib futbolçuya dəyərək tora qovuşub

21:30 Macarıstan - Serbiya 0:0 

Penaltilər seriyası: 3:1