Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası İngiltərə yığması ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada futbolçularımız rəqibin avtoqolu sayəsində yarımfinala adlayıblar.
1/4 final, 29 may
17:30 Macarıstan- Mavritaniya 1:0
19:00 Monteneqro- Çexiya 1:0
2017-ci ildə dünya çempionu titulu qazanmış Çexiya yığması Bakını əliboş tərk edir
20:30 İngiltərə - AZƏRBAYCAN 1:2
Mussa Bham, 34 - Təmkin Xəlilzadə, 14; Fitscerald, 48 (avtoqol)
22:00 Bosniya və Herseqovina - Serbiya 0:5
Çexlərin məğlubiyyəti o deməkdir ki, minifutbol üzrə dünya çempionatında kubokun yeni sahibi olacaq. Çünki Çexiya kollektivinə ABŞ qrup mərhələsində, Rumıniya isə 1/8 finalda mübarizəni dayandırıb. Üçüncü dünya çempionu Meksikaya gəlincə, bu komanda turnirə bir neçə gün qalmış iştirakdan imtina edib.
Sabah yarımfinalda Azərbaycan - Monteneqro və Macarıstan- Serbiya matçları keçiriləcək.
Qeyd edək ki, yeni, sayca 5-ci dünya çempionu iyunun 1-də məlum olacaq.