Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına biletlər yenə bahalaşıb.
Offsideplus.az xəbər verir ki, yarışın 1/4 final mərhələsinə biletlər 7-10 manat arasında satılır.
Bu mərhələnin bütün qarşılaşmaları sabah gerçəkləşəcək.
Azərbaycan yığması 1/4 finalda İngiltərə ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionatının qrup oyunlarına biletlər 3-6 manat arasında olub.
1/8 final matçlarını Milli Gimnastika Arenasında izləmək istəyənlər isə 5 manatdan 8 manatadək xərcə düşüblər.