Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 4 matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
28 may
17:30 Monteneqro - Polşa 1:0
19:00 Bosniya və Herseqovina - Tailand 3:1
20:30 Çexiya - İsrail 4:1
Dünya çempionatının favoritlərindən sayılan Çexiya yığması 1/4 finalda Monteneqroya qalib gəlsə, yarımfinalda Azərbaycan - İngiltərə cütünün qalibi ilə görüşəcək
22:00 Serbiya - Gürcüstan 3:2
Xatırladaq ki, artıq Azərbaycan, İngiltərə, Macarıstan və Mavritaniya yığmaları 1/4 finalda iştirak hüququ qazanıblar.
Yarış iyunun 1-də yekunlaşacaq.
İndiyədək keçirilən dünya çempionatlarında ABŞ (2015), Çexiya (2017), Meksika (2019) və Rumıniya (2023) qızıl medallara layiq görülüblər.