Bakıda təşkil olunan minifutbol üzrə dünya çempinatının 1/8 final mərhələsinə biletlər satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, təşkilatçılar pley-off mərhələsi üçün biletləri baha satmaq qərarına gəliblər.
Belə ki, qrup mərhələsinin bütün oyunlarına giriş 3-6 manat təşkil edirdi.
1/8 final görüşlərini izləmək istəyənlər isə 5-8 manat xərcə düşməli olacaqlar.
Hələlik Milli Gimnastika Arenasının aşağı tribunalarına yerlər satışa buraxılıb.
Qeyd edək ki, yarışın 1/8 final matçları hər gün 4 oyun olmaqla 27-28 mayda gerçəkləşəcək. Bir biletlə günün bütün qarşılaşmalarını izləmək mümkündür.
Azərbaycan milli komandası 1/8 final mərhələsi çərçivəsində sabah saat 20:30-da son dünya çempionu Rumıniyanı sınağa çəkəcək.