Qrupunu lider bitirən Azərbaycan minifutbol yığmasının dünya çempionatının 1/8 final mərhələsində rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri bu mərhələdə öz qrupunu 2-ci yerdə başa vuran, son dünya çempionları Rumıniya milli komandası üz-üzə gələcək.

1/8 final qarşılaşmaları 27 may tarixində baş tutacaq. Bu mərhələnin hələlik 4 cütü məlumdur.

27 may

17:30 İngiltərə - Bolqarıstan 

19:00 Portuqaliya - Macarıstan 

20:30 Azərbaycan - Rumıniya 

22:00 Mavritaniya- Fransa

Əlavə edək ki, E, F, G, H qruplarında mübarizə sabah başa çatacaq.