Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında IV gün arxada qalıb.

Offsideplus.az xəbər verir ki, təqvimə əsasən, ilk 3 gündə olduğu kimi yenə 8 matç keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda E, F, G və H  qruplarında qərarlaşan komandalar ikinci oyunlarına çıxıblar.

24 may

12:45 Qana - İsrail 0:4

14:00 ABŞ - Polşa 0:0

İlk dünya çempionu ABŞ yığması yenə qələbə qazana bilməyib. Bu oyunda minifutbolda nadir hallarda rast gəlinən 0:0 hesabı qeydə alınıb. Qolsuz bərabərlik çempionatın sayca 26-cı matçına təsadüf edib

15:15 Bosniya və Herseqovina - Qazaxıstan 1:1

16:30 Gürcüstan - Argentina 6:1

18:15 İspaniya - Serbiya 1:4

Serbiya yığması ardıcıl ikinci qələbə sayəsində 1/8 finala yüksəlir, Qana kollektivi isə qrup mərhələsini adlamaq şansını itirir

19:30 Monteneqro - Kosta Rika 9:0

Dünya çempionatında ikinci ən böykhesablı qələbə qeydə alınıb. Ən çox qol yarışın birinci günü Slovakiya - Hindistan (15:0) matçında vurulmuşdu

20:45 Tailand - İndoneziya 4:0

22:00 BƏƏ - Çexiya 2:9

Bu nəticədən sonra Çexiya və Gürcüstan yığmaları da 1/8 finala yüksəliblər 

E qrupu            O Q H M T X

1. Monteneqro   2 1 1 0 10-1 4

2. Tailand           2 1 1 0 4-1 4

3. İndoneziya     2 1 0 1 1-4 3

4. Kosta Rika     2 0 0 2 0-10 0

F qrupu

1. Bosniya və H. 2 1 1 0 5-3 4

2. Polşa                2 1 1 0 2-1 4

3. Qazaxıstan      2 0 1 1 2-3 1

3. ABŞ                  2 0 1 1 2-4 1

G qrupu

1. Çexiya             2 2 0 0 11-3 6

2. Gürcüstan       2 2 0 0 8-1 6

3. BƏƏ                2 0 0 2 2-11 0

4. Argentina         2 0 0 2 2-8 0             

H qrupu

1. Serbiya           2 2 0 0 7-1 6

2. İsrail                2 1 0 1 4-3 3

3. İspaniya          2 1 0 1 4-4 3

4. Qana               2 0 0 2 0-7 0

1/8 finala yüksələn komandalar: Portuqaliya, Serbiya, Çexiya, Gürcüstan

Qrupda qalacağı dəqiqləşən kollektivlər: Ukrayna, Hindistan, Qana, BƏƏ, Argentina

Onu da əlavə edək ki, Bakı sayca 5-ci dünya çempionatına ev sahibliyi edir. Əvvəlki turnirlərdə ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) milli komandaları çempion tituluna sahib çıxıblar.