"Oyun ağır keçdi. Çempionatda ilk görüşümüz idi. Meydança amli də özünü göstərdi. Biz bu meydançada məşq etməmişdik. Bəhreyn komandası kompakt müdafiə olunurdu. Rəqibin bəxti gətirdi. Bütün oyunu demək olar, hücumda keçirmişdik. Ani bir səhvdən qapımızda top gördük. Deməli, belə olmağı qismət imiş".

Offsideplus.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan yığmasının üzvü Mirmehdi Rzayev Bəhreynə qarşı dünya çempionatında keçirilən matçdan (1:1) sonra deyib.

O, azarkeşlərə təşəkkür edərək yarışda birinci yeri tutacaqlarını əminliyini bildirib: "Bu qədər azarkeşin qarşısında oynamaq məsuliyyətli idi. Azarkeşlərə təşəkkürümüzü bildiriik. Belə çox azarkeşin gələcəyini gözləmirdik. İlk hədəf qrup mərhələsini adlamaqdır. Biz artıq ikinci dəfədir dünya çempionatında iştirak edirik. Birinci dəfə bəxtimiz gətirməmişdi, 4-cü yeri tutmuşduq. Komandamıza inanıram. İnşallah, növbəti matçlarda qələbə qazanıb, çempion olacağıq. Dünya kubokunun Bakıda qalacağına inanıram".

Qeyd edək ki, Bəhreynlə qarşılaşmada yığmamızın yeganə qolunu məhz M.Rzayev vurub.