"İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.
Offsiedeplus.az xəbər verir ki, bu sözləri FF-nın rəsmi saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.
O, Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuobkunda yığmamızın çıxışı belə dəyərləndirib: “Dünən ilk oyunda güclü Rusiya millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, yeni futbolçulara baxırıq".
Xatırladaq ki, yığmamız Rusiyaya məğlub olduqdan (0:3) sonra bu gün İranı minimal hesabla üstələyib.


