Futbol üzrə U-15 Liqasında 2022/23 mövsümü başa çatıb.
Offsideplus.az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub.
Sözügedən kollektiv liqanın həlledici matçında “Neftçi” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyun Elnur Zeynalovun yetirmələrinin minimal hesablı qələbəsi ilə nəticələnib.
Matçda yeganə qolu İslam Həsənov vurub. Oyunda komandanın qələbə qoluna imza atan İslam həm də, 76 qolla liqanın bombardiri olub.