Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə Almaniya Honduras millisi ilə yoldaşlıq matçı (1:1) keçirib.
Offsideplus.az xəbər verir ki, almaniyalılar görüşün başa çatmasına 5 dəqiqə qalmış meydanı tərk edib. Buna rəqib futbolçulardan birinin Cordan Torunariqanı təhqir etməsi səbəb olub. Belə ki, honduraslı oyunçu Almaniya millisinin qaradərili futbolçusuna qarşı irqçi ifadələr işlədib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.