Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci, sonuncu günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsüyə yüksəlib.
100 kq çəki dərəcəsində mübarizə aparan Davud Namazlı gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu qüvvəsini sınayıb.