Çexiyanın paytaxtı Praqada iyulun 5-6-da cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 10 çəki dərəcəsində 22 cüdoçu (14 oğlan, 8 qız) ilə təmsil edəcək.
32 ölkədən 447 idmançının (280 oğlan, 167 qız) qüvvəsini sınayacağı turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov da yer alacaq.
Kişilər
60 kq
Mirxaliq İskəndərov
Ayxan Mirzəzadə
Nicat Eyvazov
73 kq
Mehdi Cəfərov
Səlim Sultanov
Nihad Yəhyayev
81 kq
Nahid Tarquliyev
Roman Qarayev
Mehdi Abbasov
Cəsur İbadlı
90 kq
Canpolad Əliyev
Əli Qazıməmmədov
100 kq
Davud Namazlı
Vidad Əliyev
Qadınlar
52 kq
Aydan Vəliyeva
Xədicə Qədəşova
57 kq
Fidan Qasımova
Gülnarə Bayramova
63 kq
Nilgün Rzayeva
Leyla Atayeva
70 kq
Pərvanə Abdullayeva
+78 kq
Nigar Süleymanova