Bolqarıstanın Burqas şəhərində təşkil olunan akrobatika gimnastikası üzrə Dünya kubokunda Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
Offsideplus.az xəbər verir ki, gimnastlarımız üç müxtəlif proqram üzrə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Qarışıq cütlük – Sabir Ağayev və Milana Əliyeva 27.130 xalla gümüş medal,
Kişi cütlüyü – Murad Rəfiyev və Daniel Abbasov 28.800 xalla gümüş medal,
Kişi qrupu – Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 28.840 xalla gümüş medal
Paralel olaraq, Türkiyənin İstanbul şəhərində aerobika gimnastikası üzrə “Bosphorus Open Cup” beynəlxalq turniri gerçəkləşib.
İdmançılarımız bu yarışdan üst-üstə 16 medal gətiriblər.
Fərdi çıxışlar:
Məryəm Topçubaşova – 17.800 xal, bürünc medal
Mədinə İbrahimli – 14.950 və 15.050 xal, ikiqat bürünc medal
Dilarə Qurbanova – 18.700 və 18.850 xal, ikiqat bürünc medal
Vladimir Dolmatov – 19.350 xal, qızıl medal; 18.200 xal, gümüş medal
Üçlük çıxışları:
Leyla Bejanova, Arzu Ağayeva və Dilarə Qurbanova – 15.500 xal, bürünc medal
Mədinə İbrahimli, Adeliya Həşimova və Dəniz Əliyeva – 15.650 xal, gümüş medal; 14.950 xal, bürünc medal
Ayan İskəndərli, Ayan Talıbova və Təhminə İbrahimova – 15.750 və 16.350 xal, ikiqat bürünc medal
Qrup çıxışları:
Sara Əlixanlı, Dilarə Qurbanova, Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xədicə Quliyeva – 17.713 xal, gümüş medal
Ayan Ağayeva, Hüsnə Rzayeva, Ayan İskəndərli, Təhminə İbrahimova və Rəna Məmmədova – 15.950 və 15.900 xal, ikiqat gümüş medal
Aerodans:
Nuray İsayeva, Ayan Talıbova, Ayan İskəndərli, Sevda Sadıqlı, Bəsti Talıblı, Rəna Məmmədova, Aylin Quluzadə və Nuri Aylin – 14.600 xal, qızıl medal