Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirakı rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, ona Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadaya qatılmaq hüququ ("bipartite") verilib.

Paralimpiya, dünya və Avropa çempionu Fransanın paytaxtında SB13 kateqoriyasında 100 m məsafədə brass üsulu ilə keçiriləcək yarışda mübarizə aparacaq.