“Turan Tovuz”un U-10 komandası Gəncə şəhərində Azərbaycan Respublikasının əməkdar futbol məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnirin qalibi adını qazanıb.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda ilk oyunda Gəncə təmsilçisi “Lokomotiv” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Finalda isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən Tovuz klubunun U-10 komandası turnirin baş mükafatına sahib olub.