Minifutbol üzrə Azərbaycan yığma komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin komandası ikinci turda bu gün Misirlə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.
Azərbaycan millisinin qollarını Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə ilə Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb.
İlk oyunda İraqı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi oktyabrın 31-də Küveytlə qarşılaşacaq.