Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında qızıl medallar qazanıblar.

Offsideplus.az xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü uğurlu çıxış edib.

Onlar balans hərəkətlərində birinci yeri tutublar.

Bundan əlavə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə qızıl medala sahib çıxıblar.