Stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, “Şüa" İdman Kompleksində keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərirlər.

İlk günün qaliblərini təqdim edirik:

2004-2007-ci il təvəllüdlü qızlar: 1. Bakı, 2. Sumqayıt, 3. Şabran.

2004-2007-ci il təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Sumqayıt, 3. Şabran, Bakı-2.

2008 və kiçik təvəllüdlü qızlar: 1. Sumqayıt-1, 2. Sumqayıt-2, 3. Bakı-2, Bakı-1.

2008 və kiçik təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Şabran, 3. Sumqayıt-1, Bakı-2.

Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.