Mayın 17-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan kamandan oxatma üzrə beynəlxalq turnirə start verilib.
Offsideplus.az xəbər verir ki, turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Murad İsfəndiyarov çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb. Sonra yarışlara start verilib.
Şağan Olimpiya Kompleksində keçirilən turnirdə böyüklər və gənclər arasında keçirilən mix (70 m) yarışlarda Azərbaycan birinci olub. İkinci və üçüncü yerlərə isə Gürcüstan və Qazaxıstan komandaları layiq görülüblər.
Qeyd edək ki, turnirə mayın 21-də yekun vurulacaq.