Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan yığma komandasıTürkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, Antalyada təşkil olunan turnirdə 10 idmançı yarışacaq.

Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov, Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.

Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qoşulacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.