Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Katanya şəhərində İsveçrə seçməsi ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxan millimiz uduzub. İsveçrəlilər komandamız üzərində 7:4 heablı qələbə qazanıb.
Qeyd edək ki, milli növbəti oyununu sabah saat 15:30-da Ukraynaya qarşı keçirəcək.