Bədii gimnastika üzrə 2023-cü ildə Avropa çempionatı əvvəldən nəzərdə tutulduğu kimi Moskvada deyil, Bakıda baş tutacaq. 

 Offsideplus.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb. Mart ayının əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FİG) Ukraynada başlayan müharibə ilə bağlı Rusiya və Belarus idmançılarına təşkilatın bayrağı altında keçirilən yarışlarda iştiraka qadağa qoymuşdu. 

Bu səbəbdən yarış 17-23 may tarixlərində Bakıda keçiriləcək.