Fransanın paytaxtı Parisdə təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

Offsideplus.az xəbər verir ki, bu 5 cüdoçumuz mübarizəyə start verəcək. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində israilli Nadav Zuratla qarşılaşacaq.

 

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda gürcüstanlı Uşangi Margiani üz-üzə gələcək.

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda monqolustanlı Xanqal Adbatarla və eyni çəkidəki Elmar Qasımov dominikanlı Robert Florentino ilə qarşılaşacaq.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda gürcüstanlı Onise Buqadzenin məsləyə aydınlıq gətirəcək.

Xatırladaq ki, turnirin ilk iki günündə təmsilçilərimizdən  73 kq-da mübarizə aparan Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala əldə edib. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda ölkəmizi 9 cüdoçu təmsil edir.